Yaponiya mətbuatı İlham Əliyevin bəyanatını yaydı
Yaponiyanın “news.yahoo.co.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda döyüşlərin dayanması üçün Ermənistan ordusunun işğal edilmiş ərazilərdən tam çıxmalı olması ilə bağlı bəyanatını yayıb.
Yazıda Ermənistan ordusunun Azərbaycana qarşı təxribatlarından sonra sentyabrın 27-dən başlayan əks-hücumun hələ davam etdiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan rəhbərliyi bu qərarında qətiyyətlidir.
Azərbaycan Prezidentinin sözlərini sitat gətirən sayt yazıb: “Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək”.
Yazıda həmin torpaqların tarixi Azərbaycan əraziləri olması xüsusi qeyd edilir.
Məqalədə münaqişənin tarixinə də toxunulur. Bildirilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan bu regionunda indi yalnız ermənilər yaşayırlar. Bu torpaqların azərbaycanlı sakinləri ya məhv edilib, ya da oradan qovulublar. İşğal olunmuş ərazilərdə yaradılan dırnaqarası “Dağlıq Qarabağ Respublikası” isə heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən tanınmayıb.
Yazıda Ermənistan ordusunun Dağlıq Qarabağın ətrafında yerləşən daha yeddi rayonu işğal altında saxlaması barədə məlumatlar da yer alıb.
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...