“Fikrimiz ölkəmizdə qalıb” - Qurban Qurbanov
“Yeni baş məşqçi gəldikdən sonra "Legiya"nın oyununda dəyişikliklər var”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Polşa təmsilçisi “Legiya” ilə oyun barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis bu gün baş tutan mətbuat konfransında qarşılaşma öncəsi fikirlərini bölüşüb: “Rəqibimiz standart vəziyyətlərdən yaxşı istifadə edir. Sabah rəqibə qarşı yaxşı oynamağa çalışacağıq. Fikrimiz eyni zamanda öz ölkəmizdə qalıb. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq, ancaq təəssüf ki, düşmənimiz bizlə eyni fikirdə deyil. Ürəyimizin yarısı burada, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır".
Qeyd edək ki, oktyabrın 1-də Varşavada keçiriləcək "Legiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...