“Nə dərəcədə yırtıcı olmalısan ki, insanlar yatarkən raket zərbələri ilə bağlı əmr verəsən”
"Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən?"
Bu sözləri Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində yazıb.
O bildirib ki, bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür:
"Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir!
Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram.
Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...