Neft bahalaşır
Dünya bazarlarında neftə tələbatın artacağına dair qənaətin bərqərar olması, habelə yeni koronavirus dərmanlarına dair xəbərlər neftin qiymətlərinə təkan verir.
Bu gün keçirilən hərraclar zamanı “Brent” marklalı neftin yanvar fyuçersləri 0,48 faiz bahalaşaraq 44,41 ABŞ dollarına, WTI markalı neftin isə 0,26 faiz bahalaşaraq 42,01 ABŞ dollarına satılıb.
Bu həftə ərzində “Moderna”, “BioNTech”, “Pfizer” şirkətlərinin təqdim etdiyi yeni koronavirus dərmanlarının 95 faizədək səmərəli keçən sınaqlarına dair xəbərlər neftin qiymətlərinə müsbət təkan verib. “İHS Markets”in eksperti Viktor Şum “Bloomberg”ə bildirib ki, peyvəndlə bağlı xəbərlər də 2021-ci il ərzində neftə tələbatın artacağına dair qənaətimizi təsdiqləyib.
Bununla belə hazırkı nikbinlik ovqatına baxmayaraq, pandemiya ilə bağlı epidemioloji vəziyyətin kəskinləşməsi üzündən ABŞ və Avropa ölkələrində yeni karantin tədbirlərinin tətbiqi nəticəsində ümumi vəziyyətin qarışıq olduğu da qeyd olunub.
“Nə vaxtsa vəziyyətin yaxşılaşacağına ümid var, amma yaxın gələcək qaranlıq görünür. Avropada və Şimali Amerikada COVID-19-a yoluxma səviyyəsi narahatlıq doğurur”, - ekspert qeyd edib.
-
“Nar”dan voleybol üzrə milli komandalarımıza dəstək
...
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...
-
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
...
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...
-
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO
...
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...