Çempionlar Liqası: Daha 5 komanda 1/8 finala adlaya bilər
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.
16 qarşılaşmadan 8-i ilk oyun günündə baş tutacaq.
A qrupunda 1/8 finala vəsiqəni ötən tur təmin etmiş Almaniya "Bavariya"sı İspaniyada "Atletiko" ilə qarşılaşacaq. Digər matçda Rusiya "Lokomotiv"i Avstriyanın "Zalsburq" komandasını qəbul edəcək. Madrid klubu qələbə qazanarsa, Moskvadakı matçın nəticəsindən asılı olaraq, pley-offa yüksələ bilər. Bunun üçün "Lokomotiv" xal itirməlidir.
B qrupunda İspaniya "Real Madrid"i Ukraynada "Şaxtyor"la üz-üzə gələcək. "Kral klubu" çətin səfərdə rəqibini məğlub edə bilsə, qrupdan çıxmağı təmin edəcək. Qrupun digər oyununda Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubu evdə İtaliya "İnter"i ilə münasibətlərinə aydınlıq gətirəcək. Növbəti mərhələyə vəsiqə üçün Mönhenqladbax təmsilçisinə 1 xal da kifayət edə bilər. Bunun üçün "Real Madrid" "Şaxtyor"a uduzmamalıdır.
C qrupunda İngiltərənin "Mançester Siti" komandasından sonra Portuqaliya "Porto"su da mərhələ adlaya bilər. "Əjdahalar" bu tur evdə "şəhərlilər"dən xal almağı bacarsa, digər matçın nəticəsi heç nəyi dəyişməyəcək.
D qrupunda Çempionlar Liqasının son qalibi olan İngiltərə "Liverpul"u Niderlandın "Ayaks" klubunu qəbul edəcək. Mersisaydlılar qələbə sayəsində adını 1/8 finala yazdıra bilərlər. Qrupun digər oyununda Danimarka "Midtüllan"ı İtaliyada "Atalanta" ilə qarşılaşacaq.
UEFA Çempionar Liqası
Qrup mərhələsi, V tur
A qrupu
21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Zaltsburq" (Avstriya)
00:00. "Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya)
Xal durumu: "Bavariya" - 12, "Atletiko" - 5, "Lokomotiv" - 3, "Zaltsburq" - 1
B qrupu
21:55. "Şaxtyor" (Ukrayna) - "Real Madrid" (İspaniya)
00:00. "Borussiya" (Mönxenqladbax, Almaniya) - "İnter" (İtaliya)
Xal durumu: "Borussiya" - 8, "Real Madrid" - 7, "Şaxtyor" - 4, "İnter" - 2
C qrupu
00:00. "Marsel" (Fransa) - "Olimpiakos" (Yunanıstan)
00:00. "Portu" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
Xal durumu: "Mançester Siti" - 12, "Porto" - 9, "Olimpiakos" - 3, "Marsel" - 0
D qrupu
00:00. "Liverpul" (İngiltərə) - "Ayaks" (Niderland)
00:00. "Atalanta" (İtaliya) - "Midtüllan" (Danimarka)
Xal durumu: "Liverpul" - 9, "Ayaks" - 7, "Atalanta" - 7, "Midtüllan" - 0
Qeyd edək ki, V turun digər 8 oyunu dekabrın 2-də keçiriləcək. Daha əvvəl İspaniyanın "Sevilya", "Barselona", İngiltərənin "Çelsi", "Mançester Siti", İtaliyanın "Yuventus" və Almaniyanın "Bavariya" klubları 1/8 finala vəsiqə əldə ediblər.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...