"Neftçi"nin baş məşqçisi və daha 4 futbolçusu koronavirusa yoluxdu
Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" klubunun baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev və daha 4 futbolçusunda koronavirus aşkarlanıb.
Klubdan verilən məlumata görə, COVID-19 testi müsbət çıxan oyunçular müdafiəçilər Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylidir. Mbocun ikinci testinin nəticəsi müsbət çıxıb.
Bundan əlavə, qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Sabir Buqrinin də ikfeksiyaya yoluxduğu ehtimal edilir. Əvəzində kapitan Emin Mahmudovla hücumçu Mirabdulla Abbasov sağalıb.
Qeyd edək ki, daha əvvəl Anton Krivotsyukun koronavirus testi müsbət çıxıb. "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"a qarşı keçirəcək.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...