Bakıda taksi sürücüsü intihara cəhd edib
Dekabrın 16-da saat 20 radələrində Elçin Məmmədovun sürücü işlədiyi Sabunçu rayonu, E.Mehdiyev küçəsi 40 ünvanında yerləşən "Bakı Taksi Xidməti" MMC-də üzərinə alışqan maddə tökərək intihara cəhd etməsi barədə Sabunçu Rayon Prokurorluğuna daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilib.
İntihara cəhdin səbəblərinin araşdırılması məqsədilə zərərçəkmişin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edilən hadisə Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.
-
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - Foto
...
-
Qohumunun evində çoxlu pul olduğunu dedi - Birgə oğurladılar
...
-
Marketdən 8 min manatlıq spirtli içki oğurladı - Video
...
-
Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
...
-
Daha bir tiktoker həbs olundu - DİN-dən açıqlama
...
-
“Forbes”ə görə Ermənistanın bir milyarderi var - O da DTX təcridxanasında
...
-
Azərbaycanda qadın casusluğa görə həbs edilib
...
-
“Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN
...
-
Moskvada “Crocus City Hall”da terror aktı - Ölənlərin sayı 115-ə çatdı
...
-
Terminaldan 10 minə yaxın pul oğurladılar - Video
...