Teymur Rəcəbov erməni rəqibini məğlub edərək çempion oldu
“Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunub.
Final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb.
Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. Birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edən 33 yaşlı qrossmeyster bu dəfə də ona şans verməyib. İlk iki partiyada heç-heçə edən Rəcəbov 3-cü dueldə Aronyan üzərində qələbə qazanaraq, turnirin qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub.
Qeyd edək ki, Teymur Rəcəbov Airthings Masters" turnirinin dörddəbir finalında Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.
Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...