Portuqaliya - Azərbaycan matçının stadionu açıqlandı
DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Azərbaycan milli komandaları arasında keçiriləcək qarşılaşmanın stadionu açıqlanıb.
Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş qurumun rəsmi saytına açıqlamasında matçın paytaxt Lissabonda yerləşən və "Sportinq" klubuna məxsus olan "Joze Alvalade" arenasında oynanılacağını bildirib.
Funksioner bu xəbəri elan etməkdən məmnunluq duyduğunu söyləyib: "Bura bizim xoşbəxt olduğumuz evimizdir. İnanıram ki, milli komanda debüt matçında bizə daha bir qələbə və əla oyun bəxş edəcək. Əminəm ki, birlikdə idman və sağlamlıqla bağlı problemlərin öhdəsindən gələcəyik".
"Sportinq"in prezidenti Frederiku Varandaş da öz növbəsində yığmanın seçmə mərhələdəki ilk oyununun "Joze Alvalade" stadionuna salınmasından razı qaldığını vurğulayıb.
Qeyd edək ki, martın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...