Millimizin kapitanına vəzifə verildi
Sərbəst güləş üzrə Azərbaycan milli komandasının kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını başa vurub.
Titullu güləşçimiz bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək.
Qurumun prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən Cəbrayıl Həsənov sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub. Bu komandada Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyev məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Bu gün N.Əliyev gənc mütəxəssisə idmançı kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Federasiyanın rəhbəri bundan sonra sərbəst güləş üzrə böyüklər ibarət yığma komandanın kapitanının Şərif Şərifov olacağını bildirib.
Qeyd edək ki, Cəbrayıl Həsənov Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. Həsənov ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...