"Zirə" "Qəbələ"ni evdə, "Neftçi" "Səbail"i səfərdə məğlub etdi
XIV turun açılış oyununda çempionatın lideri "Neftçi" səfərdə "Səbail"lə üz-üzə gəlib.
"ASCO Arena"da keçirilən qarşılaşma flaqmanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk qolu 28-ci dəqiqədə "Səbail" vurub. Baş hakim Kamal Umudlu "Neftçi"nin qapısına penalti təyin edib. Qapıçı Aqil Məmmədov Əfran İsmayılovun penaltisini dəf etsə də, referi qolkiperin irəli çıxdığını əsas gətirərək, penaltinin yenidən yerinə yetirilməsini tələb edib. İsmayılov ikinci cəhddə dəqiq oynayaraq hesabı açıb.
45-ci dəqiqədə Sabir Buqrin baxımlı qolla hesabı bərabərləşdirib. 51-ci dəqiqədə isə Emin Mahmudov cərimə zərbəsini dəqiq yerinə yetirib. 90-cı dəqiqədə Sabir Buqrin özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
90+2-ci dəqiqədə isə "Neftçi"nin müdafiəçisi Ömər Buludov zədələnib. 23 yaşlı cinah müdafiəçisinin yerinə meydana Elnur Əlibəyli daxil olub.
Bu nəticədən sonra liderliyini davam etdirən "Neftçi" xallarının sayını 27-yə çatdırıb. "Səbail" isə 13 xalla 6-cı sıradadır.
Qeyd edək ki, günün digər matçında "Sabah" "Qarabağ"la qarşılaşacaq. Tura yanvarın 22-də keçiriləcək "Keşlə" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir görüşü keçirilib.
"Zirə" "Qəbələ"ni qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 45-ci dəqiqədə "Zirə"nin "Qarabağ"dan icarəyə götürdüyü hücumçu Musa Qurbanlı açıb. 90+3-cü dəqiqədə isə Davit Volkov yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra xalını 23-ə çatdıran "Zirə" 3-cü pillədə qalıb. "Qəbələ" isə 15 xalla 5-cidir.
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...