“Yelo Bank”ın İdarə Heyəti sədrinin yeni müavini təyin olunub
Günay Cəlilova “Yelo Bank”ın İdarə Heyəti sədrinin müavini təyin olunub.
Buna qədər o, Bankın İnkişaf İdarəsinin baş direktoru vəzifəsini tuturdu.
Günay Cəlilovanın bank sahəsində 16 ildən çox təcrübəsi var. “Access Bank”dakı 14 illik fəaliyyəti zamanı Günay Cəlilova müxtəlif vəzifələrdə, o cümlədən 8 il filial müdiri olaraq çalışıb. 2016-2019-cu illər ərzində marketinq, korporativ bankçılıq, satış və biznesin inkişafı departamentlərinin direktoru olub. 2019-cu ilin aprelindən dekabr ayınadək İcraçı Direktor vəzifəsində korporativ bankçılıq, marketinq və müştərilərlə əlaqə mərkəzinə nəzarət edib.
O, 2020-ci ilin yanvar ayında İnkişaf İdarəsinin Baş direktoru olaraq Yelo komandasına qoşulub. Hazırda brendin idarəedilməsi, insan resursları, müştəri təcrübəsi, CRM, eləcə də, İnzibatlaşdırma və ödənişlər departamentləri onun kurasiyasındadır.
Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bundan başqa o, İngiltərənin "Warwick" biznes məktəbini "Executive MBA" istiqaməti üzrə bitirib.
-
“Nar”dan voleybol üzrə milli komandalarımıza dəstək
...
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...
-
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
...
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...
-
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO
...
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...