Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

11:12 03-02-2021 | icon 1979
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev
10 noyabr gecəsi efir vasitəsi ilə doğma xalqını böyük zəfər xəbəri ilə
müjdələdi.

“Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.
Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli
istiqamətində son nöqtə olacaqdır.”


Uzun illər davam edən işğala son qoyan bu bəyanata böyük fəxarət və
sevinc hissi ilə imza atdığını vurğuladı çıxışında cənab Prezident. Üçtərəfli
bəyanatın işğal altında qalan Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan
tökmədən bizə qaytarılmasına imkan verəcəyini söylədi.

“Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma
Qarabağımıza qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan
sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! “Qarabağ
Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi,
rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr
edeirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi...”


Bəli, Qarabağ münaqişəsi 44 gün ərzində Ali Baş Komandanın,
Azərbaycan Ordusunun, Azərbaycan xalqının zəfəri ilə başa çatdı və
Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbə Ali Baş
Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun sücaəti,
qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz
şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.
Dövlət Başçısı müraciətində lazımi ünvanlara da mesaj verdi.


“Noyabrın 10-da imzalanmış bəyanata əgər kimsə müdaxilə etmək
istəsə bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin
bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma
bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı
yaranıbdır. Türkiyə-Rusiya birgə Mərkəzinin yaradılması bəyanatda
təsbit edilib. Eyni zamanda burada təhlükəsizlik tədbirlərinin görülməsi
və bəyanatın müddalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq
bizim işlərimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz.
Razılaşma icra edilir və icra edilməlidir.”


Beləliklə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham
Əliyevin müjdə müraciəti bitər-bitməz xalq sevinc içərisində küçələrə
çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq əllərində
Azərbaycan bayraqları, şüarlar tutaraq sevindilər, mahnı oxudular, rəqs
etdilər. Minlərlə insan müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanını
ziyarət edərək şəhidlərimiz qarşısında borcunu yerinə yetirdilər.

Azərbaycan üçün hazırda yeni dövr başlayıb. İnkişaf, quruculuq, azad
edilmiş ərazilərimizin bərpası dövrü cənab Prezident İlham Əliyev xalqa
müraciətində dediyi kimi, Vətən Müharibəsi günlərində olduğu kimi, bu
dövrdə də xalqımız həmrəyliyini əsirgəməyəcək.

“... Mən tam əminəm ki,
Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü
iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağılmış bu
sahələri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz
bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq
müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik.
İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı
təhlükəsizlik və xoşbəxt həyat gözləyir.”


Göründüyü kimi, Prezident İlham Əliyev tarix ədaləti dəmir yumruqla
bərpa etdi. Bu gün Vətən Müharibəsi zamanı işğalçı Ermənistan tərəfindən
mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün
bütün qüvvələr səfərbər edilib. Hazırda bu ərazilərdə acınacaqlı vəziyyətin
hökm sürdüyünü, yaşayış məntəqlərinin xarabalığa çevrildiyini,
infrastrukturun tamamilə dağıldığını, salamat bir bina belə saxlanmadığını,
tarixi-dini abidələrin yerlə-yeskan edildiyini böyük ürək ağrısı ilə müşahidə
edirik. Tezliklə dəymiş hər bir zərər aradan qaldırılacaq, evlər və bütün
infrastruktur bərpa olunacaq, həyat tamamilə öz məcrasına qayıdacaq.
Bəli, Ermənistana diz çökdürən qalib Azərbaycan işğaldan azad
olunmuş bütün şəhər və rayonlarını, kənd və qəsəbələrini yenidəndən
quracaq. Ermənistan isə tarixi boyu Azərbaycanın dəmir yumruğunun
ağrısını başında hiss edəcək.

Lütvəli Şıxəliyev
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri


Digər xəbərlər

0.28507113456726