Teymur Rəcəbov: "Qələbəyə görə özümü xoşbəxt hiss etmirəm"

20:35 11-02-2021 | icon 1854
Teymur Rəcəbov:

"Aniş Giri ilə yaxşı münasibətim var və biz dostuq. Düzünü desəm, qələbəyə görə özümü xoşbəxt hiss etmirəm".

Bu fikiləri Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında deyib.

34 yaşlı qrossmeyster bunun qələbə kimi hiss olunmadığını vurğulayıb: "Uğur qazanmaq yaxşıdır, amma başqa oyunçulara qarşı qazandığım qələbədən sonra keçirdiyim hisslərlə eyni deyil".

Qeyd edək ki, Teymur Rəcəbov bu gün yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.


Digər xəbərlər

0.23305892944336