"Azərbaycan Dəmir Yolları" ilə beynəlxalq sərnişin daşımaları kəskin azalıb

14:12 03-03-2021 | icon 1801

2020-ci ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2,124 milyon sərnişin daşıyıb ki, bu da 2019-cu ilə nisbətən 44,8% azdır.

Bu barədə quruma istinadən xəbər veririk.

Məlumata görə, daşınmış sərnişinlərin 1 817 533 nəfəri və yaxud 85,6%-i Bakı-Sumqayıt qatarlarının payına düşüb. Bu, illik müqayisədə 31,1% azdır.

Hesabat dövründə beynəlxalq sərnişin daşımaları 7,5 dəfə azalaraq 29 428 nəfərə, Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 72% azalaraq 277 391 nəfərə düşüb.


Digər xəbərlər

0.31353712081909