Siyasi partiyaların YAP-a qoşulması zamanın tələbidir

19:02 08-03-2021 | icon 2753
Siyasi partiyaların YAP-a qoşulması zamanın tələbidir

Azərbaycanda iqtidar partiya olan YAP-ın nümayiş etdirdiyi hərtərəfli və ideal
siyasət nəticəsində qazandığı uğurlar onun həm dünya miqyasında, həm də ölkə
daxilində nüfuzunun artmasına təsir göstərir. Vətəndaşlar arasında partiyaya olan etibar
və inamın artması partiya üzvlərinin durmadan çoxalmasına, ölkədə vahid və lider
partiyaya çevrilməsinə gətirib çıxarmışdır. Yeni Azərbaycan Partiyasının VII
qurultayında 6 siyasi partiyanın - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan
Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan
Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının YAP-a
qoşulması daha güclü olan siyasi qüdrətin danılmaz fəaliyyətinin təzahürüdür.
Qarabağ müharibəsinin həll olunmamasını əlində bayraq edən qüvvələr 44
günlük müharibənin bəxş etdiyi qalibiyyətin arxasında dayanan düşünülmüş siyasi
dialoqların, öncədən plana uyğun şəkildə hazırlanmış və təlim keçmiş müzəffər
ordunun, müasir və bir çox ölkələrin həsəd apara biləcəyi hərbi texnikaların arsenala
daxil edilməsinin bir siyasət olduğunu əslində dərk edə bilməmişdilər. Post müharibə
dövründə həmin müxalif qüvvəllər bir daha yanıldıqlarını və insanlar arasında
hakimiyyət əleyhinə aparılan təbliğatın heç də əsaslı olmadığını anlamış oldular. Və bu
proses bir daha YAP-a qoşulmaq istəyən partiyaların mövcudluğu ilə təsdiqləndi.
Prezidentin qurultayda qeyd etdiyi kimi, Prezident seçkiləri zamanı seçicilər
qarşısında verilmiş vədlərə tamamilə əməl olunur və qoyulmuş hədəflər yerinə yetirilir.
Qarabağın ərazi bütövlüyünün təmin olunması əsas və başlıca hədəf idi. Bunun
öhdəsindən gələn hakimiyyət həmin ərazilərin infrastrukturunun bərpası üçün durmadan
layihələr, planlaşdırma həyata keçirməklə 30 illik zamanın öz doğma yurd-yuvalarından
ayırdığı məcburi köçkünlərin geri qayıdışını tez bir zamanda təmin etmək öhdəliyini də
yerinə yetirmək niyyətindədir. Bunun ən qısa zamanda ediləcəyinə heç kimin şübhəsi
yoxdur və olmamalıdır.
Azərbaycan xalqı hər zaman vahid və lider gücün yanındadır və Ali Baş
Komandanın ətrafında yumruq kimi sıx birləşmişdir.

Aysel Həsənova,
Yeni Novruzlu kənd tam orta məktəbinin müəllimi


Digər xəbərlər

0.27508997917175