Keysuke Honda: "Neftçi"nin çempionluğu üçün əlimdən gələni edəcəyəm"
"Gözəl təqdimata görə təşəkkür edirəm. Burada olduğum üçün çox xoşbəxtəm".
Bunu "Neftçi"nin yeni transferi Keysuke Honda deyib.
Yaponiyalı futbolçu "Neftçi"nin çempionluğu üçün əlindən gələni edəcəyini vurğulayıb: "Rəqiblərimiz olduqca güclüdür. Bilirəm ki, asan olmayacaq. "Neftçi" çempion olmaq istəyir, mən də ambisiyalıyam. Ona görə də buraya gəldim".
35 yaşlı yarımmüdafiəçi yeni komandasının çıxışını da dəyərləndirib: "Mən gəlməmişdən əvvəl "Neftçi"nin iki oyuna baxmışam. Komanda müdafiədə yaxşı oynayır. Mən hücumameyilli oyunçuyam. Hücuma kömək etməyə çalışacağam. Komanda uzun müddətdir ki, çempion olmur. Bu il şansımız var. Əlimdən gələni edəcəyəm ki, çempion olaq".
Honda təcrübəsi ilə gənclərə də dəstək vermək istəyini ifadə edib: "Bu, çox vacib məqamdır. Tək Azərbaycanda deyil, bütün dünyada təcrübəli futbolçular gənclərə bilik və təcrübələrini verməlidirlər. Söhbət təkcə meydandakı oyundan getmir. Bu, meydandan kənarda da baş verməlidir".
35 yaşlı yarımmüdafiəçi "Neftçi" avrokuboklara vəsiqə qazansa, komandada qalacaqsınızmı" sualına isə bu cür cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Çünki əsas məqsədim komandaya kömək etməkdir".
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...