Elxan Məmmədov Honda ilə görüşdü - Foto
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və “Neftçi” klubunun müqavilə imzaladığı yaponiyalı futbolçusu Keysuke Honda ilə görüşüb.
Bakı Olimpiya Stadionundakı görüşdə futbolun inkişafı barədə fikir mübadiləsi aparılıb.
Toplantıda Bakı Olimpiya Stadionunda 2019-cu ilin mayında UEFA Avropa Liqasının final oyununun təşkil olunduğu, bu il isə AVRO-2020-nin 4 oyununun keçiriləcəyi vurğulanıb.
“Neftçi” klubunun prezidenti Kamran Quliyev də görüşdə iştirak edib.
Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə müqavilə imzalayıb. O, mövsümün sonuna kimi "ağ-qaralar"ın formasını geyinəcək.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...