“Media haqqında” qanun layihəsi nə yerdədir?

13:05 09-04-2021 | icon 1908
“Media haqqında” qanun layihəsi nə yerdədir?

“Azərbaycanda media reyestrinin yaradılması nəzərdə tutulur”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, media reyestrinin yaradılması jurnalistlərlə bağlı bir sıra layihələrin həyata keçirilməsinə imkan verəcək. 

İcraçı direktor “Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrə olduğunu da açıqlayıb: “Hazırda media subyektlərinin təklifləri müzakirə olunur. Qanun layihəsi yaxın zamanlarda aidiyyəti orqanlara təqdim ediləcək. Daha sonra isə layihə ətrafında cəmiyyətdə müzakirələr keçiriləcək”.


Digər xəbərlər

0.23535513877869