Şanlı qələbə Azərbaycanın qüdrətinin göstəricisidir

15:08 18-04-2021 | icon 2445
Şanlı qələbə Azərbaycanın qüdrətinin göstəricisidir

Azərbaycan xalqı intiqamini döyüş meydanında aldı. Şəhidlərimizin yaxınları üçün təsəlli
odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər torpaqlarımız azad olundu, ərazi
bütövlüyümüz bərpa edildi. Eyni zamanda təsəlli oldur ki, şəhidlərimizin intiqamı alındı,
qanları yerdə qalmadı. Həm birinci, həm ikinci, həm də aprel döyüşləri zamanı canlarını
qurban verən şəhidlərimizin, igidlərimizin qisası döyüş meydanında alındı o cümlədən 28 il
öz yurd-yuvalarından didərgin düşən yaxınlarını, doğmalarını, əzilərini itirən insanların qisası
alındı. Bu danılmaz haldır ki, Qəhrəman peşəkar Azərbaycan ordusunun mənəvi üstünlüyü
əsas faktlardan biridir. Döyüş ərzində ermənilər bir dəfə də olsa uğurlu əməliyyat arpara
bilmədilər, hər dəfəsində güclü ordumuz daha dəqiqliklə düşmənin layiqli cavabını verdi.
Yaralanmış hərbiçilərimiz bir amalla yaşayırdılar ki, tezliklə sağalıb döyüş meydanına
qayıdsınlar. Azərbayan dövləti həmişə qüdrətli dövlət olaraq beynəlxalq areneların bütün
sahələrində öz gücünü göstrib və nüfuz qazanan bir ölkə olmuşdur. 44 günlük Vətən
müharibəsi bizim mənəvi, pisxoloji, əzimli, iradəli gücümüzü bütün dünyaya göstərdi. Bizim
parlaq Qarabağ qələbəmiz isə Aərbaycanı bütün dünyada həm güclü, həm qalib bir ölkə
kimi tanıdaraq daha da qüvvətli, qüdrətli ölkələr sırasında yer almasına güclü təkan verdi.
Bu şanlı qələbə də Azərbayacanın qüdrətinin bir daha göstəricisi oldu. Artıq bizim hərbi
döyüş taktikaları xarici ölkələrdə hərbi məktəblərdə öyrədilir, ərazi bütövlüyümüzü bərpa
etməkdən ötrü bizim ordumuzun peşəkar hərbi heyyətinin- xüsusi təyinatlılarının düşmənin
müdafiə xətlərini aşmaqdan ötrü ağır fiziki güvvə ilə sıldırım qayalara dırmaşaraq
göstərdikləri igidlik, şücaət, qəhrəmanlıqlar xarici mətbuat işçiləri tərəfindən bütün dünyaya
bəyan edilir və çox böyük bir məmnunluqla qarşılanır. Biz də Azərbayan xalqının bir ziyalısı
olaraq bütün bunlardan qürur duyur ölkəmizin və Müzəffər ordumuzun bu zəfərə görə bütün
dünyada qazandığı böyük şöhrətdən fəxarət hissi keçirirk. Yaşasın Ali Baş Komandan,
yaşasın qalib Müəffər ordumuz!

Yusifov İlkin Saleh oğlu,
Saatlı rayon M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbinin İngilis dili müəllimi


Digər xəbərlər

0.25930905342102