Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb

09:42 19-04-2021 | icon 2245
Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb

10 dekabr 2020-ci il tarixdə keçirilən Zəfər paradının ən yaddaqalan məqamlarından
və rəmzi kompozisiyalardan biri rəşadətli ordumuzun işğaldan azad olunan
torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox hərbi avtomobilin nömrə
nişanından hazırlanan lövhə idi. Hazırda həmin lövhə yeni açılışı olan Hərbi
Qənimətlər Parkında da öz əksini tapıb. Bu Park çox böyük əhəmiyyət daşıyır.
Yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət
etdikcə Ermənistanın məğlub, Azərbaycanın isə qalib ölkə olduğunun bir daha şahidi
olacaqlar. “Bir faktı da qeyd edək ki, biz haqq işi, beynəlxalq səviyyədə tanınan ərazi
bütövlüyümüz uğrunda mübarizə aparmışıq. Dövlətimizin başçısının düzgün
müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq. Ümumiyyətlə,
Azərbaycan müharibə dövründə məsuliyyətli ölkə kimi davranıb. Azərbaycan XXI
əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə
zamanı hərbi qulluqçularımız ləyaqətlə, mötədil davranıb və mülki vətəndaşlara zərər
yetirmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması
bunun açıq sübutudur. Ancaq müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha
erməni barbarlığının şahidi oldu. Gəncə şəhərinə ballistik raketlərin atılması
barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış
komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman
hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi”.
Ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər. Bir çox kəndlər erməni
barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq
ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə
bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, oraya 16
min bomba atılıb, onlar hətta qəbiristanlıqda keçirilən mərasimə də raket atıblar.
Onlar Bərdəni bombalayıblar. Onlar Naftalanı bombalayaraq beş nəfərlik ailəni qətlə
yetiriblər. Müharibənin bütün bu acı həqiqətlərinə baxmayaraq, Prezident İlham
Əliyev ADA Universitetində keçirilən konfransda qeyd etdiyi kimi, ölkəmiz həmişə
konstruktiv mövqedə olub. Çünki regionun inkişafı strateji prioritetdir. İnkişaf üçün
Azərbaycanın daxilində, eləcə də sərhədlərdən kənarda sabitliyə ehtiyac var. Bizim
əsas narahatlığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün
addımlar atacağıq. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi böyük uğurdur.
Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-
İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu, sabitliyə
töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır.


Sürəyya Zeynalova,
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru


Digər xəbərlər

0.27831292152405