Güləşçimiz AÇ-nin finalında
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
70 kq-da mübarizə aparan idmançı Ukrayna təmsilçisi İqor Nikiforukla üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Bayramov finala vəsiqə qazanıb. Onun həlledici görüşdəki rəqibi Rusiya idmançısı İsrail Kasumov olacaq.
Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə isə yarımfinalda müvafiq olaraq Rusiya təmsilçiləri Naçın Monquşa və Zagir Şakiyevə uduzublar. Onlar aprelin 20-də bürünc medal uğrunda mübarizə aparacaqlar. Xaşalov Mikyay Salim Naim (Bolqarıstan), Rəhimzadə isə Maksim Sakultan (Moldova) ilə qarşılaşacaq.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...