Qaradağ rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

00:10 12-05-2021 | icon 2071
Qaradağ rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-
ci ildönümü münasibətilə mayın 9-da Bakı şəhərinin Qaradağ
rayonunda ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyası zamanı Bakı-Ələt (Astara) yolunun 18-ci km-
nin sol hissəsində və Qaradağ rayonunun Lökbatan, Sahil, Ələt,
Qobustan, Müşviqabad və digər qəsəbələrinin ərazisində tuya, sərv,
eldar şamı, zeytun növlərindən olan ümumilikdə 1350 ağac əkilib.
Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Aksiya çərçivəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində
Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında,
qəsəbələrdə salınmış park və xiyabanlarında bəzək və gül kolları əkilib,
əvvəl əkilən gül və yaşıllıqlara qulluq olunub.

Ağacəkmə aksiyalarında rayonun rəhbər işçiləri, ayrı-ayrı əmək
kollektivlərinin nümayəndələri, gənclər iştirak ediblər.

10 may 2021-cu il tarixində isə Lökbatan qəsəbəsindəki Heydər
Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 98-cı ildönümü ilə
əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsi önündə əklilqoyma
mərasimi keçirildi.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab
Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon
təşkilatının sədri Aydın Hüseynov, Rayonun Hüquq Mühafizə
Orqanlarının rəhbərləri, başçının müavinləri və aparatın şöbə müdirləri
iştirak edirdilər.


Digər xəbərlər

0.30116891860962