Mehriban Əliyevadan mədəni dərs... - Video+Fotolar
bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir.
Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edən festivalı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva qızları Arzu və Leyla Əliyeva ilə birgə izləyib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Xarıbülbül” festivalını izləməsi eyni zamanda işğalçı Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyana tarixi cavabı və eyni zamanda mədəni dərsi olub.
Belə ki, Anna Akopyan 2019-cu ildəki çıxışında Azərbaycan muğamını dünyaya tanıtmaqda böyük pay sahibi olan Mehriban Əliyevaya səslənərək, bunları bildirmişdi:
“Mehriban Əliyevanın arzusu Qarabağda gözəl muğam dinləməkdir. Biz ona qonaq qismində gözəl bir muğam təqdim edə bilərik”.
İki ildən sonra isə mədəniyyət incimizi dünyaya tanıdan Mehriban Əliyeva Şuşada, həm də Cıdır düzündə “Bayatı Şiraz” muğamını ev sahibi kimi dinləyib. Həmin anın videosu təkcə sosial şəbəkələrin Azərbaycan seqmentində deyil, erməni teleqram kanallarında da yayılıb. Ermənilərin özləri belə, Anna Akopyanı 2 il əvvəlki çıxışına və bugünkü reallığa görə sərt şəkildə tənqid ediblər.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə olaraq Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunu təqdim edib.
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...