AVRO-2020-nin açılış mərasimi olub
Futbol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
Romadakı "Olimpiko" stadionunda təşkil olunan tədbir İtaliya futbolunun canlı əfsanələri - Françesko Totti və Alessandro Nestanın qonaqları salamlaması ilə başlayıb. Onlar birlikdə hər kəsə "Xoş gəlmisiniz" deyib.
Daha sonra meydana üzərində 24 iştirakçı ölkənin bayrağı olan böyük toplar gətirilib və taliyanın tanınmış aria ifaçısı Andrea Boçelli "Nessun Dorma" mahnısını ifa edib. Ardınca isə böyük atəşfəşanlıq olub.
Sonda isə Martin Qarriks və Bononun ifasında Avropa çempionatının rəsmi himni olan "We are the people" mahnısı səsləndirilib.
Qeyd edək ki, AVRO-2020-nin açılış matçında Türkiyə və İtaliya yığmaları qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...