“Light” neftinin qiyməti üç ildən sonra 75 dolları keçdi

01:48 02-07-2021 | icon 2075
“Light” neftinin qiyməti üç ildən sonra 75 dolları keçdi

“Light” markalı xam neftin bir barrelinin qiyməti 75 dolları ötüb.

“Light”ın fyuçersləri 3 faizədək artaraq 2018-ci ildən bəri ilk dəfə 75 dollar/barreli keçib.

 

Qeyd edək ki, qiymət OPEC Konfransının iclası ərəfəsində artır. Bazarlarda diqqət OPEC-in neft hasilatı ilə bağlı qəbul edəcəyi qərara yönəlib.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 76 dollardan, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 75 dollardan baha satılır.


Digər xəbərlər

0.21256589889526