BANM-in məzunundan rekord göstərici – 14 ali məktəbə qəbul olub

12:19 13-07-2021 | icon 2204
BANM-in məzunundan rekord göstərici – 14 ali məktəbə qəbul olub

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Azərbaycan üzrə rekord göstəriciyə
imza atıb. Kimya mühəndisliyi ixtisasını bitirən Zahir Ağayev dünyada tanınan 14
universitetə qəbul olub. O, müraciət etdiyi ABŞ – ın 15 ali məktəbindən 13-nə
qəbul edilib. Həmin universitetlərdən 7-si Zahir Ağayevə tam təqaüd təklif edib.
Təqaüd təklif edən universitetlərdən 4-ü doktorantura üzrədir. Bu isə bakalavr
məzunu üçün olduqca yüksək göstəricidir.


Zahir Ağayev daha bir neçə ali məktəbin ilkin qəbul imtahanlarından keçsə də artıq
bu cür yüksək nəticələr əldə etdiyi üçün həmin müraciətlər üzrə yekun mərhələlərdə
iştirakdan imtina edib.


Zahir Ağayevin seçimi ABŞ-ın Konnektikut Universiteti (University of
Connecticut) olub.


Yeri gəlmişkən, Zahir Ağayev 2016-cı ildə DİM-in qəbul imtahanından 650 bal
toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub.
Ali Məktəbi 91.09 Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirib.


Digər xəbərlər

0.3870837688446