“Yoxlama”da qalmaqal: Aparıcı Azərə rüşvət təklif etdilər – VİDEO
Hər buraxılışı qalmaqallarla yadda qalan ATV-nin “Yoxlama” verilişi bu dəfə uşaq bağçalarında çəkiliş aparıb.
Oxu.Az baku.ws-ə istinadla xəbər verir ki, verilişin yaradıcı heyəti üz tutduğu Binəqədi rayonu 151, 158, 138 saylı bağçalardan əliboş qayıdıb. Onlar içəri buraxılmayıblar.
Belə ki, aparıcı Azər Zahid bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə onların içəri daxil olmasına qadağa qoyulub. Verilişin komandası ilə bərabər valideynlər və azyaşlılar da bağça rəhbərliyinin qapını açmağa icazə verməməsi səbəbindən çöldə qalmalı olublar.
Aparıcı iddia edir ki, 151 saylı bağçanın rəhbərliyi onunla başqa vasitələrlə əlaqə saxlayaraq məsələni başqa yollarla həll etməyi təklif edib. Aparıcı isə verilişin şəffaflığının heç bir şeyin müqabilində pozulmasının mümkünsüz olduğunu söyləyib.
A.S.
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...