Rövnəq Abdullayev işdən çıxarılan vitse-prezidentlərlə belə vidalaşdı - Foto
İyulun 22-də SOCAR-ın Baş ofisində Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə vəzifələrindən azad edilmiş şirkətin vitse-prezidentləri ilə görüş keçirilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri, o cümlədən şirkətdən ayrılan əməkdaşlar çıxış edərək onlara göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Eyni zamanda bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəslə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını qeyd ediblər.
Sonda sabiq vitse-prezidentlərə - Bəhram Hüseynov, David Məmmədov, Mikayıl İsmayılov və Tofiq Qəhrəmanova “Fəxri neftçi” döş nişanı verilib.
-
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
...
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...
-
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO
...
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...