“Qarabağ” və “Neftçi”nin rəqibləri müəyyənləşdi

11:01 13-08-2021 | icon 2325
“Qarabağ” və “Neftçi”nin rəqibləri müəyyənləşdi

UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparacaq "Qarabağ" və "Neftçi"nin rəqibləri dəqiqləşib.

Ağdam təmsilçisi qrup mərhələsinə gedən yolda Şotlandiyanın "Aberdin" klubu ilə qarşılaşacaq. Şotlandlar buna İslaniyanın "Breydablik" klubunu hər iki görüşdə məğlub etməklə (3:2, 2:1) nail olub. 

Avropa Liqasında uduzaraq yoluna Konfrans Liqasında davam edən "Neftçi" isə "Makkabi" (Hayfa) ilə qarşılaşacaq. İsrail təmsilçisi ilk görüşdə 7:2 hesabı ilə məğlub etdiyi Farer adalarının HB (Torshavn) klubuna cavab matçında 0:1 hesabıyla uduzsa da, bu, onların mərhələ adlamasına əngəl törətməyib.

Qeyd edək ki, pley-offun qarşılaşmaları avqustun 19-da və 26-da keçiriləcək. Hər iki Azərbaycan klubu ilk matçı evdə oynamalıdır. Bu üzdən görüşlərin vaxtı və ya yerində dəyişikliyin olması istisna deyil.


Digər xəbərlər

0.25878810882568