Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti

15:15 25-08-2021 | icon 1847
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti

Hər kəs bu həyata, Yer kürəsinə bir missiya üçün gəlir. Xeyirxah, işıqlı
əməllərin daşıycıları, missiyaçıları da Böyük Yaradanın Yer üzünə bir ərmağanı,
öz bəndələrinə bir lütfüdür. Onlar ancaq və ancaq bu əməllər üçün doğulmuşlar,
yaranmışlar, yaradılmışlar - bir sözlə, SEÇİLMİŞLƏRDİR. Belə xeyirxah, işıqlı,
nurlu əməl sahiblərindən, bu missiyanı yerinə yetirmək üçün SEÇİLMİŞ
olanlardan biri də Azərbaycanın Birinci xanımı, YUNESKO və İSESKO –nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır.
Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası,
xalqın maddi və mənəvi rifahının yaxşılaşması naminə ardıcıl fəaliyyəti, eləcə də,
Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması,
uşaq və gənclərin hərtərəfli birliklərə malik vətəndaş kimi yetişdirilməsi
istiqamətində gördüyü işlər Azərbaycanın beynəlxalq arenada tanınmasına,
xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına təkan verib. Onun bu
genişmiqyaslı layiələri təkcə Azərbaycanda deyil,dünya miqyasında da yüksək
qiymətləndirilir. Mehriban xanım Əliyeva yaşından, milliyətindən və dini
etiqadından asılı olmayaraq ,milyonlarla insanın ürəyini fəth edib. Belə
ki,ətrafdakılara humanist münasibəti, ehtiyacı olan insanlara qayğısı, onların
dərdinə şərik çıxması Mehriban xanım Əliyeva ətrafında yüksək imic
formalaşdırıb. Odur ki, Mehriban xanım Əliyeva xeyirxahlığın və ümüdin
mücəssəməsinə çevrilib.
Qeyd edək ki, 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan
Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva
Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə
(Azərbaycan,ingilis və rus)çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib.2002-
ci ildə ,O,Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.2004-cü il 10
may tarixindən Heydər Əliyev Fondunun prezidentidir.2004-cü il dekabrın 28-də
Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş
Məclisində MOK-un icraiyyə Komitəsinə üzv, 2013-cü il iyunun 7-də Yeni
Azərbaycan Partiyasının Sədr müavini vəzifəsinə seçilib.2017-ci ildən
isə,Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mehriban xanım Əliyevanın

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqnda
Sərəncam imzalayıb.Bu Sərəncam Mehriban xanım Əliyevanın ictimai-siyasi
fəaliyyətinə verilən qiymət,Ona göstərilən daha böyük bir etimad idi.
Mehriban xanım Əliyeva Birinci vitse-prezident seçildikdən sonra ilk keçirdiyi
müşavirə də Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti
məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olundu və
burada ciddi tapşırıqlarnı verid.Çox keçmədən “Qəzalı vəziyyətdə olan binalarda
məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması
layihısi”nin icrası çərçivəəsində yeni binaların tikintisinə başlanıldı.Bu istiqamətdə
işlər indi də uğurla davam etdirilir.Təkcə onu qeyd etmək kifayətdir ki, 2017– ci
ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni və rahat mənzillərə
köçürülüb.
Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər dünyanın müasir protez
istehsalçıları olan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olundular.
Vətən və torpaq uğrunda canından keçən, şəhid olan, yaralanan insanları
Azərbaycan dövləti hər zaman diqqətdə saxlayır, onların hər birinə böyük
həssaslıqla yanaşır. Birinci vitse-prezidentin aprel döyüşləri zamanı yaranmış bir
qrup əsgər və zabitlə görüşməsi , ”2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər
və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi”layihəsinin, məhz
onun təşəbbüsü ilə raəllaşması, bir daha göstərdi ki, Mehriban Əliyevanın Vətənə
xidmətinin təməlində xalqına böyük sevgi, hər bir vətəndaşa, cəmiyyətin hər
böyük sevgi,hər bir vətəndaşa, cəmiyyətin hər bir üzvünə həssas və qayğıkeş
münasibət dayanır: ”Siz Vətən uğrunda vuruşursunuz. Siz yaralanmısınız, xəsarət
almısınız.Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin tezliklə
normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları
atmağa hazırdır”.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən “Regional
inkişaf”ictimai Birliyi də vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr
reallaşdırıb. Bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini
kompleks şəkildə narahat edən problemlərin aradan qaldırılması kimi məsələləri
əsas məqsəd kimi qarşıya qoyaraq elm, təhsil ,səhiyyə, mədəniyyət, sosial, idman,
ekologiya, İKT və infrastruktur layihələri həyata keçirir.
İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun
möhkəmlənməsi, sivilizasiyalararası dialoq da daxilolmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət

və.s.Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Onu da
vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr
ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir.
Göründüyü kimi , dünyanın bütün ölkələrində fondun Azərbaycan həqiqqətlərinin
təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir. Dünyanın bir sıra
nüfuzlu mükafatlarına layiq görülməsi də,elə bu bəşəri dəyərlərə münasibətinin və
fəaliyyətinin nəticəsidir.
Mehriban Əliyeva 44 günlük Vətən müharibəsinin xalqa dəstəyi ilə qəlbinin
xalqın yanında olduğunu bir daha göstərdi. Şəhid ailələri və qazilərlə görüş zamanı
onlarla bərabər gözləri doldu...Çünki o,hər şeydən əvvəl həssas və kövrək anadır.
Şəhid ailələri və qazilərlə öz doğması kimi maraqlanan bu nəcib xanım onların
həyat tərzinin yaxşılaşdırılması, sağlamlığlarının bərpası üçün əməli addımlar atır.
Mehriban Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır.
Özünü,özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini
ortaya qoyaraq,öz həyat missiyasını gerçəkləşdirir,Azərbaycan tarixinə silinməz bir
obraz həkk edir.Azərbaycanın çiçəklənməsinin və beynəlxalq nüfuzunun artmasına
böyük töhfələr verən Mehriban xanım Əliyevanın gələcək fəaliyyətinin əasasında
daha geniş planlar və layihələrin həyata keçirilməsi dayanır.

Şəfəq Muradova,
Saatlı rayon Səməd Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.25845909118652