Emin Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcək
“Bakıda ticarət mərkəzinin tikintisinə sentyabrda başlanılacaq. Obyektin 2022-ci ilin yayında açılması planlaşdırılır”.
Bu barədə TASS-a “Crocus Group” şirkətinin birinci vitse-prezidenti, Xalq artisti Emin Ağalarov bildirib.
“Biz ticarət mərkəzini sentyabrın 15-dən tikməyə başlayacağıq. Birinci fazanın ümumi sahəsi 43 min kv.m təşkil edəcək. Onu gələn yaya bitirməyi planlaşdırıram”, - Ağalarov deyib.
Onun sözlərinə görə, layihənin ümumi sahəsi gələcəkdə 60 min kv.m-ə çatdırılacaq.
Bundan başqa, sözügedən ərazidə piyada zonası, velosiped yolları, yaşıllıq və istirahət yerləri olan altı kilometrlik bulvarın salınması planlaşdırılır.
Yaxın zamanlarda iki hotelin tikintisinə də başlanılacaq. Obyektlərin müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır.
Həmin vaxtadək yeni yaşayış kompleksinin 16 korpusunun tikintisi planlaşdırılır. Bundan əlavə, kurort zonada növbəti mənzil kompleksinin tikintisi aparılır: ikinci korpusun cari ildə, üçüncü və dördüncü korpusun isə müvafiq olaraq 2022 və 2023-cü illərdə tamamlanması planlaşdırılır. Dörd binanın ümumi sahəsi 60 min kv.m təşkil edəcək.
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...