Samir Nuriyev iclas keçirdi
Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.
Prezident Administrasiyasının və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasına dair son vəziyyət təhlil edilib, qısamüddətli və uzunmüddətli perspektivdə qarşıda duran məqsədlər və onların həyata keçirilməsi ilə bağlı qurumlararası əlaqələndirmə məsələləri müzakirə olunub.
İclası giriş sözü ilə açan Samir Nuriyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dünya miqyasında nümunəvi xarakter daşıyır. Bununla yanaşı, müəyyən olunmuş vəzifələrin yüksək keyfiyyətlə və daha operativ yerinə yetirilməsi üçün Qərargahın, habelə İdarələrarası Mərkəzin nəzdində fəaliyyət göstərən hər bir işçi qrupunun fəaliyyətinin konkret nəticələrin əldə olunması istiqamətində səfərbər edilməsi zəruridir.
Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma işləri ilə bağlı səmərəliliyin yüksəldilməsi üçün gündəlik qurumlararası sıx əlaqələndirmənin, kompleks yanaşmanın və vəzifə funksiyalarının dəqiq bölgüsünün mütləq şərt olduğunu qeyd edən Qərargahın rəhbəri bu sahədə məsuliyyətin davamlı şəkildə artırılmasının vacibliyini diqqətə çatdırıb.
İclasda şəhərsalma, enerji təminatı, tarix və mədəniyyət abidələrinin bərpası, təhsil və səhiyyə xidmətlərinin planlı təşkili ilə bağlı məsələlər ətraflı müzakirə edilib, vəzifələrin icrası ilə əlaqədar növbəti addımlar müəyyən olunub və müvafiq tapşırıqlar verilib.
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...