Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov “Vətən müharibəsi” şəhidlərinin və qazilərinin ailə üzvlərini ziyarət etdi
20.09.2021-ci il tarixdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq mühafizə orqanlarının rəhbərləri “Vətən müharibəsində” şəhid və qazi olmuş şəxslərin ailə üzvlərini ziyarət etdi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş Zeynalov Fikrət Hikmət oğlunun, Bağırov Süleyman Kamil oğlunun, Tağıyev Röyal Tağı oğlunun, Alışov Samir Allahyar oğlunun və “Vətən müharibəsi”də yaralanaraq qazi olmuş Həmidov Rabil Həsənqulu oğlunun, Əhədov Əlişad Rafael oğlunun və Soltanov Şəhriyar Şahin oğlunun ailəsi ziyarət edildi.
Görüş iştirakçıları Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi həssas münasibətlə mükəmməl örnək olduğunu bildirdi.
Hacıqabul rayonunda Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...