“Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib


Şağan Mədəniyyət Mərkəzində “8 Noyabr – Zəfər Günü” münasibətilə silsilə tədbirlər çərçivəsində “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, rayonun dövlət qurumlarının rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Şağan Mədəniyyət Mərkəzininin foyesində təşkil olunmuş “Vətən Müharibəsi Qəhrəmanları rayon gənclərinin gözü ilə” adlı sərginin təqdimatı ilə tanış olublar.
Tədbirin davamında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib.
Filmin nümayişindən sonra Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə lentə alınan “Ey vətən” adlı klipin təqdimatı keçirilib.
-
Bu gün Türkiyədə “Qarabağ” parkının açılışı olacaq - Video
...
-
“Kurtlar vadisi”nin məşhur aktyoru vəfat etdi
...
-
Azərbaycan pasportu ilə neçə ölkəyə vizasız səfər etmək olar? - Fotolar
...
-
“Avroviziya 2023” Ukraynada keçirilməyəcək
...
-
Gözəllərin şəhəri Bakı... - Fotolar
...
-
Leyla Əliyevanın təşəbbüsü ilə Cenevrədə “Su altında üzən Simurq” xalçası təqdim edilib
...
-
Mədəniyyət naziri: "Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb"
...
-
“Bizi xoşbəxt edən elə təbiətin özüdür” - Leyla Əliyeva
...
-
Azərbaycan minifutbol yığmasının Avropa çempionluğu konsertlə qeyd olunacaq
...
-
Şəhid yadigarlarını lentə alan sənədli film təqdim olunub
...