“Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib


Şağan Mədəniyyət Mərkəzində “8 Noyabr – Zəfər Günü” münasibətilə silsilə tədbirlər çərçivəsində “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, rayonun dövlət qurumlarının rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Şağan Mədəniyyət Mərkəzininin foyesində təşkil olunmuş “Vətən Müharibəsi Qəhrəmanları rayon gənclərinin gözü ilə” adlı sərginin təqdimatı ilə tanış olublar.
Tədbirin davamında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib.
Filmin nümayişindən sonra Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə lentə alınan “Ey vətən” adlı klipin təqdimatı keçirilib.
-
Heydər Əliyev Fondunun uşaqlar üçün bayram şənliyi - Fotolar
...
-
Leyla Əliyeva şeir səsləndirdi - Video
...
-
Leyla Əliyeva İçərişəhərdə piano ifa etdi - Video
...
-
Prezidentdən öz ad günündə Aygün Bəylərə təsirli jest - Video
...
-
Yeni il gecəsi bulvarda atəşfəşanlıq olacaq
...
-
Ömər Eldarovun iş yerinə gəlib təbrik etdilər - Video
...
-
Mehriban Əliyeva Ömər Eldarovu təbrik etdi
...
-
Zeynəb Xanlarova Bakıya gəldi - Video
...
-
Bakıda Türk Filmləri Həftəsinin açılışı keçirilib
...
-
Heydər Əliyev Mərkəzində Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirilib - Fotolar
...