Millimiz seçmə mərhələdə ilk qələbəsini qazandı

10:45 01-12-2021 | icon 2018
Millimiz seçmə mərhələdə ilk qələbəsini qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

6-cı turda “Dalğa Arena”da Monteneqro millisi ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanıb.

 

Millimizin qolunu oyunun 24-cü dəqiqəsində Ayşən Əhmədova vurub.

Qeyd edək ki, yığmamız əvvəlki 5 oyunun hamısından məğlub ayrılmışdı. Azərbaycan milli komandası Rusiyaya (0:2), Monteneqroya (0:2), Danimarkaya (0:8), Maltaya (1:2), Rusiyaya (0:4) uduzmuşdu.


Digər xəbərlər

0.23395705223083