Azərbaycanda polis rəisi haqda maraqlı FAKT

11:33 10-12-2021 | icon 1040
Azərbaycanda polis rəisi haqda maraqlı FAKT
Sosial şəbəkələrdə Abşeron rayonunun polis rəisi Şəhriyar Şəmşirli haqqında maraqlı fakt paylaşılıb
 
Azeripress.az xəbər verir ki, paylaşımda qeyd olunub ki, Şəhriyar Şəmşirli Qubanın polis rəisi olduğu zamanlarda şöbəsinə qayıdarkən görüb ki, kalidorda bir azyaşlı uşağı polis əməkdaşları danlayırlar. Şəhriyar Şəmşirli uşağı otağına çağırır və sorğu sualdan sonra məlum olub ki, uşaq aptekdən dərman istəyib və əzzaçı ona dərmanı verən kimi pulu verməmiş aradan çıxıb. Bu hal 2-ci dəfə baş verdiyinə görə, aptek sahibi uşağı polisə verib. Polis rəisi isə uşaqdan soruşur ki, niyə oğurluq edirsən, axı yetkinlik yaşına çatmamısan?! Olmaz, cinayətdir! 
Uşaq rəisə deyib ki, anam ağır xəstədir, yoxsa oğurluq etməzdim. 
Rəis dərhal müstəntiqi çağıraraq əmr edib ki, uşağın evinə getsinlər və araşdırsınlar ki, həqiqətənmi uşağın anası xəstədir. Evə gedən polis əməkdaşı qayıdaraq polis rəisinə bildirirlər ki, həqiqətən aptekdən oğurluq edən uşağın anası ağır xəstədir. Bunu eşidən polis rəisi Şəhriyar Şəmşirli uşağa 200 manat pul verir və hər ay da 200 manatın veriləcəyini bildirir. Evinə isə bütün tibbi dəranların xərclərini ödəyərək uşağı azad edib. Hal hazıra kimi Şəhriyar Şəmşirli həmin ailəyə ayda 200 manat pul ödəyir. 
 
Paylaşım sosial şəbəkə seqmentində böyük marağa səbəb olub və paylaşıma minlərlə müsbət rəy yazılıb. 
 
Qeyd edək ki, hazırda Abşeronda sabitliyi bərpa edən Şəhriyar Şəmşirli Azərbaycanı dünyaya tanıdan Aşıq Şəmşirin nəvəsi, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun qardaşıdır. 
 
 

Digər xəbərlər

0.24137496948242