Zəfər paradı

11:29 11-12-2021 | icon 1017
Zəfər paradı

44 günlük “ Vətən müharibəsi Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı və
tarixi Azərbaycan torpaqları geri qaytarıldı. 2020 – ci il dekabrın 10 –da Bakıda
Azadlıq meydanında “ Qələbə Paradı” və ya “Zəfər paradı” - İkinci Qarabağ
müharibəsində Azərbaycanın qələbəsi şərəfinə tarixi hərbi parad keçirildi.
Zəfər paradı tariximizə qızıl hərflərlə yazılan möhtəşəm bir hadisədir. Paradda
3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak
etmişdir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı
,prezident cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi
qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdir. Paradda yerli və
xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdir.
Parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin
müavini general – leytenant Kərim Vəliyev Komandanlıq etmişdir. Şuşa şəhəri
azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan
“ Zəfər bayrağı ” parada gətirilmişdir.
Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə
məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Möhtəşəm qələbəyə həsr
olunmuş Zəfər paradında 150- dək hərbi texnika , o cümlədən silahlanmaya yeni
qəbul edilmiş müasir hərbi texnika , raket və artilleriya qurğuları, hava
hücumundan müdafiə sistemləri,eləcə də hərbi gəmi və katerlər nümayiş
etdirilmişdir. Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi
və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırıldı.Vətən müharibəsində qələbə
münasibətilə “ Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis
olunub. Həmin orden və medalların təsis olunması qələbənin əbədiləşdirilməsinin
və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Hərbi Qənimətlər
Parkını ziyarət edən hər kəs Azərbaycan ordusunun qüdrətinin şahidi olacaqdır.
Beləliklə, Azərbaycan xalqı “Qarabağ müharibəsi” ilə bütün dünyaya öz gücünü
göstərmiş oldu. Artıq dünyaya Azərbaycan xalqının igid, qəhrəman, yenilməz bir
xalq olduğu sübut olundu və bu parad müasir Azərbaycan ordusunun tam gücünü
göstərdi.Azərbaycan xalqı müstəqil Azərbaycan tarixində ilk “ zəfər paradı”na
çevrilən bu hərbi tədbirin həm siyasi , həm də tarixi baxımdan böyük əhəmiyyət
daşıdığına inanır.

Məmmədova İlhamə
Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.3038969039917