İlham Əliyevlə Paşinyan sabah görüşəcəklər

19:59 13-12-2021 | icon 1521
İlham Əliyevlə Paşinyan sabah görüşəcəklər

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.

Bunu dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti ərəfəsində Aİ-nin yüksək səviyyəli nümayəndəsi jurnalistlərə bildirib.

“Avropa Şurasının prezidenti sabah ilk olaraq Azərbaycan prezidenti və Ermənistanın Baş naziri ilə ikitərəfli görüşlər keçirəcək. Sabah axşam isə onlarla üçtərəfli görüş keçirəcək”, - deyə Aİ nümayəndəsi qeyd edib. 

Qeyd edək ki, Ermənistan tərəfi də üçtərəfli görüşün sabah keçiriləcəyini təsdiqləyib.


Digər xəbərlər

0.35005211830139