Nazir Azərbaycan futbolunun problemlərindən danışdı - Video
Gənclər və idman naziri Fərid Qayıbov “İctimai TV”yə müsahibəsində Azərbaycan futbolundan danışıb. Nazir daxili çempionatın hazırki durumundan narahatlığını dilə gətirib.
F.Qayıbov “Qarabağ”ın uğurlarından söz açıb, futbolun regionlarda inkişafının vacibliyini vurğulayıb:
““Qarabağ” bizi 8 il avrokuboklarda layiqincə təmsil edir. Azərbaycan çempionatına gəldikdə isə bunun bizim problemimiz olduğunu desəm, yanılmaram. Durumu dəyişmək, komandaların sayını artırmaq lazımdır. Ümumiyyətlə, problemlərdən biri odur ki, komandaların çoxu Bakıda cəmləşib. Regionlarımızda da komandaların sayı çox olmalıdır, rəqabət artmalıdır. Bunların hamısını başa düşürük. Çalışacağıq ki, bu işdə AFFA-ya kömək olaq. Azərbaycanda ən populyar idman növü futboldur. Bu bütün dünyada belədir. Düşünürəm ki, durumdan çıxış yolunu hamımız birlikdə tapmalıyıq. Mən bütün federasiyalarla görüşürəm, onların çətinlikləri ilə maraqlanıram. Görüşlərlə fəaliyyətimiz bitmir. Bu davam edəcək. Strategiya haqqında düşünməliyik”.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...