Bakı İdman Sarayının direktoru işdən çıxarılıb
Bakı İdman Sarayının direktoru Cəlalət Kazımova vəzifədən azad olunub.
Bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.
Hələlik sarayın direktoru vəzifəsinə yeni təyinat yoxdur.
Məlumatı nazirliyin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev "Report"un sorğusuna cavab olaraq təsdiqləyib. O, C.Kazımovanın öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.
Qeyd edək ki, Cəlalət Kazımova AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti və "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun anasıdır.
Bakı İdman Sarayı (əvvəlki adı Əl Oyunları Sarayı - red.) 1974-cü ildə inşa olunub. Həmin vaxtdan idman qurğusuna əvvəlcə Z.Axundovun atası Asif Axundov, daha sonra isə anası Cəlalət Kazımova rəhbərlik edib.
Xəzər dənizi sahilindəki Bakı Bulvarının ətrafında yerləşən Bakı İdman Sarayında indiyədək həndbol, badminton, cüdo, futzal, güləş, stolüstü tennis, taekvondo və voleybol növlərində ölkədaxili və beynəlxalq yarışlar keçirilib. Arenada nüfuzlu yarışlardan güləş üzrə Qızıl Qran-Pri turniri, Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 IV-cü İslam Həmrəyliyi Oyunları təşkil olunub.
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...