Dünya Azərbaycanlılarının Həmrəylik Günü Meksikada qeyd olunub
Azərbaycanın Merksikadakı Səfirliyində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mərasim keçirilib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məluata görə, bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən səfir Məmməd Talıbov ötən il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi qələbəyə imza ataraq öz ərazi bütövlüyünü bərpa etdiyini və xalqımızın sarsılmaz həmrəyliyinin bu müqəddəs amala nail olunmasında müstəsna rol oynadığını bildirib.
M.Talıbov, həmçinin soydaşlarımıza başa çatmaqda olan il ərzində işğaldan azad olunmuş ərazilərimizdə görülmüş və hazırda böyük sürətlə davam edən quruculuq işləri və bölgənin ümumi inkişafı istiqamətində ölkəmiz tərəfindən aparılan fəaliyyət barədə məlumat verib və onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Meksikanın fərqli ştatlarında yaşayan həmvətənlərimizin bir araya toplaşması baxımından faydalı olmuş tədbirdə qonaqlara milli mətbəximizdən nümunələr təqdim olunub.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...