Fərid Qayıbov Olimpiya İdman Komplekslərinin direktorları ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov Olimpiya İdman Komplekslərinin direktorları ilə görüşüb.
Nazirliyin Mətbuat Xidmətində verilən məlumata görə, görüşdə komplekslərin qarşılaşdıqları çətinliklərin həlli yolları və onların fəaliyyətlərinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Olimpiya İdman Kompleksləri uşaq-gənclər idman məktəbləri və yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti sayəsində idmanda kütləviliyin artırılmasında görülən işlər, inkişaf etdirilən idman növlərinin sayının artırılması da müzakirə olunub. Bu baxımdan ilin bütün fəsillərində komplekslərin fasiləsiz və səmərəli işini təmin etməyin vacibliyi də vurğulanıb.
Olimpiya İdman Komplekslərinin idarə olunmasında yeni yanaşmaya ehtiyac olduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, bu qurğuların səmərəli fəaliyyətini təmin etmək nazirliyin əsas məqsədlərindən biridir.
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...