Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu - Fotolar
Novruz bayramı Qaradağ rayonu ərazisində də qeyd olunub.
Bayram münasibətilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında geniş bayram tədbiri təşkil edilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov və Səbinə Xasayeva, Şura üzvləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik edib, xoş arzularını bildirib.
Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qalıb. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. Rəqqaslar milli musiqinin sədaları altında yallı ifa ediblər.
Tədbir iştirakçıları Novruz şirniyyatına qonaq ediliblər.
Azərbaycanın görkəmli ifaçılarının iştirakı ilə bayram konserti keçirilib. Tədbir atəşfəşanlıqla başa çatıb.
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...