Elxan İbrahimov ona göstərilən yüksək etimadı layiqincə doğruldur

10:29 26-04-2022 | icon 1628
Elxan İbrahimov ona göstərilən yüksək etimadı layiqincə doğruldur

Bundan əvvəl Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışmış Elxan İbrahimovun Kürdəmir rayonuna icra başçısı gətirilməsi ona dövlət səviyyəsində, xüsusilə, prezident tərəfindən yüksək etimadın göstərilməsindən xəbər verir.

Uzun illər müxtəlif vəzifələrdə çalışan Elxan İbrahimov rəhbərliyin göstərdiyi etimadı daim doğruldub, verilən istənilən vəzifə və tapşırığın öhdəsindən yüksək peşəkarlıqla gəlib. Elxan müəllim dövlətinə, xalqına, prezidentinə sədaqətlə bağlı olan, vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən məmurlardandır.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub. Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar  “Holiday Inn Baku Airport ” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood”  şirkətlər  qrupunda  və  digər  holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Şamaxıda olduğu kimi Kürdəmir rayonunda prezident İlham Əliyevin dövlət məmurlarına verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq təkcə həftədə azı iki dəfə rayon sakinləri ilə görüşlər keçirir, onların təkliflərini dinləyir, problemlərinin həllinə böyük qayğı ilə yanaşır.

Abadlıq-quruculuq işlərinə çox böyük diqqət yetirir, tarixilik qorunub-saxlanılır, müasir infrastuktur layihələri uğurla icra olunur. Sosial obyektlərin - məktəb, baxça, səhiyyə müəssisələrinin təmiri, bərpası daim ön planda olub, yeni parkların salınması, ağac əkimi, küçə və məhəllələrin abadlaşdırılması, işsizlik probleminin həlli istiqamətində ciddi işlər görülür.

Hətta müşahidələrimə əsasən onu deyə bilərəm ki, Elxan müəllim nəinki rəsmi qəbul günlərində, digər vaxtlarda da mövcud karantin şərtlərinə uyğun olaraq mürəciətə gələn heç bir sakini dinləmədən yola salmır.

Demək olar ki, hər gün sakinlərlə təmasda olur, onların problemlərinə həssas, qayğı ilə münasibət göstərir. Bir sözlə, dövlət başçısının “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir” fikrini fəaliyyətində başlıca meyar kimi müəyyənləşdirən Elxan İbrahimov fəaliyyət göstərdiyi çox qısa vaxtda dövlət-xalq münasibətlərinin yüksək səviyyədə olmasını həmişə təmin edib. Həyata keçirilən sosial əhəmiyyətli tədbirlərin sakinlər tərəfindən böyük rəğbətlə qarşılanması onun etimadı yüksək səviyyədə doğruldan vəzifə sahiblərindən olduğunu bir daha təsdiq edir.

Onun Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi də vəzifəsinin öhdəsindən ustalıqla gəldiyinə, dövlət başçısının ona göstərdiyi bu yüksək etimadı layiqincə doğrultduğuna əminlik yaradır.

P.S. Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Elxan İbrahimovun uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Elxan müəllim haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.

Elxan İbrahimovun Kürdəmir rayonuna icra başçısı təyin olunmasından çox qısa vaxt - cəmi 2 ay keçməsinə baxmayaraq artıq "reket jurnalistika"nın hədəfində olması da çox mətləblərdən xəbər verir...

Bir daha qeyd edək ki, Elxan müəllimin uğurlarını həzm edə bilməyən, qeyri – konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.


Digər xəbərlər

0.26613306999207