Ədalətli savaş və haqlı qələbə

09:47 27-04-2022 | icon 1348
Ədalətli savaş və haqlı qələbə

Vətən müharibəsinin başlandığı tarix- 2020-ci il 27 sentyabr Cənab
Prezidentimizin müvafiq sərəncamı ilə Milli anım günü kimi qeyd
edilməyə başlanmışdır.
Həmin günü Müzəffər Ali Baş Komandan İlham Əliyeyin rəhbərliyi ilə
qüdrətli Azərbaycan ordusu şanlı qələbəyə aparan yolun təməlini
qoydu.
Tarixə nəzər saldıqda görərik ki,mənfur düşmən elə düşünürmüş
ki,Azərbaycana qarşı 27 Sentyabr təxribatı cavabsız qalacaq.Amma bu
səbr kasasının son damlası oldu.Rəşadətli Azərbaycan Ordusunun gücü
qarşısında düşmən tab gətirə bilmədi.Ermənistan rəzalət durumuna
düşdü.Belə ki onlar mövqelərini atıb qaçır,fərar edirdilər.Ali Baş
Komandanımızın dərindən düşünülmüş döyüş strategiyası,ən müasir
silah və texnologiyalar,mükəmməl bilik və bacarıq,hərbi taktika,yüksək
mənəvi-psixoliji durumla aparılan mübarizədə Azərbaycan dünya hərb
tarixinə silinməyəcək yeni səhifə yazdı.Vətən müharibəsinin başlanması
tarixi zəfərə gedən yolumuzun başlanğıcı oldu.Ölkə başçımızın
səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida”ifadəsi mübarizəmizin
şüarına çevrildi.30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların aça
bilmədiyi Qarabağ düyünü Azərbaycan Ordusunun gücü ilə açıldı.Ölkə
başçımız daim bildirirdi ki,Azərbaycan xalqı heç vaxt işğalla
barışmayacaq və belə də oldu.Cənab Prezidentimiz Ermənistan siyasi
rəhbərlərinə dəfələrlə xəbərdarlıq etmiş,sülh yolu ilə münaqişəyə son
qoyulmasına dəvət etmişdir.Ancaq təəssüf ki,”yenilməz” ordusuna çox
güvənən Ermənistan daim bu təklifləri qulaqardına vurmuşdur.27
sentyabrdan öncə baş vermiş iyul hadisələrini,avqustda diversiya
qrupunun Azərbaycana gəlməsini hamımız yaxşı xatırlayırıq.27
sentyabrda yenidən Azərbaycan torpaqlarına hücum etməsi bir daha
onu göstərdi ki,Ermənistan bu təxribatlara davam etmək istəyir və son
vaxtlar bu daha da intensiv hala çevrilmişdi.2020-ci ilin sentyabrın 27-də

Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu ərazilərdə genişmiqyaslı
təxribatlar törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan
dəmir yumruq adlandırılan əks hücum əməliyyatına başladı və nəticə
hər kəsə məlumdur:Azərbaycan tərəfindən tarixə yazılacaq möhtəşəm
qələbə.
Qeyd edək ki,Azərbaycan sülh danışıqları bir nəticə verməzsə, hərbi
yolla öz torpaqlarını azad edəcəyini heç vaxt gizlətmirdi.
Ötən illər ərzində Azərbaycan Ordusunun Ermənistanın cəbhəboyu
ərazilərdə törətdiyi təxribatların qarşısını alması ,2016-cı ilin Aprel
döyüşləri,2018-ci ilin Naxçıvan əməliyyatı ermənilərə dərs olmalı
idi,amma onlar heç nədən dərs almır,hətta daha da azğınlaşaraq öz
əməllərinə davam edirdilər.Ancaq Azərbaycan öz sözünü dedi, dəmir
yumruqla onların belini qırdı,azad edilmiş ərazilərdə üçrəngli
Azərbaycan bayrağını dalğalandırdı və Ermənistan tərəfi “ yenilməz
ordu”larının qalıntıları ilə kifayətlənməli oldu.
Biz 44 günlük İkinci Qarabağ müharibəsində öz ədalətli qələbəmizi
təmin etdik.Azərbaycan yazdığı dastan ilə təkcə öz tarixinə yox,dünya
hərb tarixinə qızıl hərflərlə həkk olundu.

Teymurova Sevda
Saatlı rayon Genişkənd kənd ümumi orta məktəbin müəllimi


Digər xəbərlər

0.26652598381042