Azərbaycan kubokunda finalçılar müəyyənləşir

09:56 29-04-2022 | icon 1835
Azərbaycan kubokunda finalçılar müəyyənləşir

Bu gün Azərbaycan Premyer Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

İlk olaraq “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib. Günün son qarşılaşmasında “Zirə” “Neftçi”nin qonağı olacaq. Bu komandalar arasında ilk görüşdə isə qapılara qol vurulmayıb.

 

Azərbaycan Kuboku

29 aprel (cümə)

17:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Azersun Arena”
İlk oyun - 3:1

20:30. “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bakcell Arena”
İlk oyun - 0:0


Digər xəbərlər

0.26001501083374