Bakı şəhər 1 saylı notariat ofisi barədə böhtan yazanların nəzərinə

15:46 26-06-2022 | icon 596
Bakı şəhər 1 saylı notariat ofisi barədə böhtan yazanların nəzərinə

"Reket jurnalistika" yenə iş başındadır. Bəzi "jurnalistlər" bu dəfə də Bakı şəhər 1 saylı notariat kontorunun xüsusi notariusları - Famil Sabitov və Elvin Hüseynov haqqında ağlına nə gəldi onu da qələmə alır.

Biz isə çalışıb bəziləri kimi eşitdiklərimizə yox, gördüklərimizə əsaslanaq. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin.

Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Savadlı kadrların yüksək vəzifələrə təyin olunması, ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət siyasətinin bariz nümunəsidir.

Famil Sabitovla Elvin Hüseynovun da 1 saylı notariat ofisinin xüsusi notariusu kimi  əhəmiyyət kəsb edən bir sahədə işləmələri bunun əyani sübutudur.

Öz işlərində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olublar.

Hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq qəbula gələn vətəndaşların problemlərinin həllinə böyük qayğı ilə yanaşıblar.

Yorulmadan çalışır, zəhmət çəkirlər.  Onları tanıyan hər kəsə bəllidir ki, Famil Sabitov və Elvin Hüseynov xarakter etibarilə sadə təbiətli, mehribançılığı sevən bir insanlardır.

Hələ gənc yaşlarında ikən halal zəhmətlə qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxslərin belə bir amallar uğrunda yorulmadan çalışması, onların kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.

Daşıdığları vəzifənin öhdəsindən layiqincə gəlməyi bacaran Famil Sabitov və Elvin Hüseynov bu gün də elə bir addımlarını atırlar ki, son anda hər kəsin rəğbət hissini qazana bilirlər.

Bütün bunlardan əlavə, adı çəkilən bu şəxslər əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğlarını, məhz əməli addımları ilə də sübuta yetirirlər.

Belə ki, onların heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Famil Sabitov və Elvin Hüseynov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan insandırlar ki, onları heç bir qüvvə tutduqları yoldan döndərə bilməz.

Bu şəxslərin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik.

Onlar bugünə kimi hansı sahədə çalışıblarsa, hər zaman özlərini doğrultmağı bacarıblar. 

 Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi onların uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Famil Sabitov və Elvin Hüseynov haqqında yazılanlara təəccüblənmirik. Çünki onların gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.

Lakin məsələ burasındadır ki, onlar haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Maraqlıdır ki, onlar barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

Həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, dövlətçiliyə sədaqətlə xidmət edən Famil Sabitov və Elvin Hüseynovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

 


Digər xəbərlər

0.48237013816833