Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşüb
Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən toplantıda nazir Fərid Qayıbov son vaxtlar görülmüş işlər və qarşıdakı planlar barədə danışıb, görüşün məqsədi barədə məlumat verib.
Gündəliyə əsasən, V İslam Həmrəyliyi Oyunlarına hazırlıq, Avropa və dünya çempionatlarının televiziya yayım hüquqlarının alınması, nizam-intizam və apellyasiya komitələrinin yaradılması, federasiyalar tərəfindən 2022-ci ilin ilk 6 ayı ərzində görülmüş işlərlə bağlı hesabatın tərtib edilməsi, istiqamətlər üzrə inkişaf planlarının hazırlanması, idmançıların, məşqçilərin, hakimlərin və həkimlərin lisenziyalaşdırılması, idmançıların reytinq cədvəlinin müzakirəsi, ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması, idman turizminin inkişaf etdirilməsi, tədbir və yarışların qeydiyyat sistemi və digər məsələlər müzakirə edilib, həmçinin federasiya nümayəndələrinin təklifləri dinlənilib.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...